Qazaxıstanın qida məhsulları bazarı Bakıda təqdim olunacaq

Qazaxıstanın qida məhsulları bazarı Bakıda təqdim olunacaq

30 iyun 2015-ci il tarixində saat 15.00-da Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstan Respublikasının kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçiriləcək. SİA-nın məlumatına görə, təqdimatın keçirilməsində məqsəd yerli ixracatçılarımızın Qazaxıstan Respublikasının kənd təsərrüfatı və qida məhsulları bazarına dair məlumatlandırmaqla bu ölkəyə ixracı təşviq etməkdir. Tədqiqatda Qazaxıstanın qida məhsulları bazarındakı mövcud vəziyyət, qiymətlər, məhsulların paylama kanalları, Azərbaycan məhsullarının idxalında maraqlı olan supermarket şəbəkələri, gömrük prosedurları, sertifikatlaşdırma və s. mövzular əhatə olunub.

Aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə tədbirlə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Anar Qasımlı

Biznes və Məlumat Mərkəzinin Direktoru

Tel: (+99412) 598 01 47, 598 01 48 (*104)

Mob: (+99455) 227 03 48

[email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə