Neftimiz ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,23 dollar yaxud 0,37% aşağı düşüb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 62,85 dollara bərabərdir.

Xatırladaq ki, Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 63,08 dollar/barel olub.

Bütün xəbərlər Facebook səhifəmizdə