Nadir Əzməmmədov: “Əfqanıstan BTQ dəmiryolu layihəsinə qoşula bilər” AÇIQLAMA

Nadir Əzməmmədov: “Əfqanıstan BTQ dəmiryolu layihəsinə qoşula bilər” AÇIQLAMA

"Bakı – Tbilisi – Qars dəmiryolu xəttinə zamanla qoşulmalar olacaq. Əfqanıstan da yəqin ki, bu layihəyə qoşulacaq". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakı – Tbilisi – Qars dəmiryolu ilə yüklər daşınır. Əfqanıstanın bu layihədə iştirakına isə məsələyə baxıldıqdan sonra aydınlıq gətiriləcək: "Hazırda bu istiqamətdə yüklər daşınır. Əfqanıstan layihəyə qoşulmaq üçün Türkmənistan yolundan istifadə edə bilər. Yəni, yüklər Türkmənistan vasitəsilə dəmiryolu xəttinə çatdırılaraq Avropaya nəql oluna biləcək. Əfqanıstanın Bakı – Tbilisi – Qars dəmiryolu xəttinə qoşulması məsələsinə baxılacaq. Onlar da bu layihəyə gələcəkdə qoşula bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə