Vahid Əhmədov: “Qanun reklam bazarının inkişafını daha da təkmilləşdirəcək” AÇIQLAMA

Vahid Əhmədov: “Qanun reklam bazarının inkişafını daha da təkmilləşdirəcək” AÇIQLAMA

"Reklam haqqında qanunda 2 növ tənzimləmə nəzərdə tutulub. Bunlardan biri dövlət tənzimləməsi, digəri isə özünüidarəetmə tənzimləməsidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, reklam haqqında qanunda nəzərdə tutulmuş dövlət idarəetmə sistemi Mədəniyyət və Turizm Nazirliyinə tapşırıla bilər. Qanunda reklamların yerləşdirilməsi ilə bağlı bütün məsələlər öz əksini tapır: "Yəqin ki, dövlət başçısı reklam haqqında qanunda nəzərdə tutulmuş dövlət idarəetmə sistemini hansısa nazirliyə tapşıracaq. Biz qanunda yazmışıq ki, müvafiq icra orqanlarına tapşırılsın. Hesab edirəm ki, bu icra orqanı Mədəniyyət və Turizm Nazirliyi ola bilər. Çünki, reklam bazarı daha çox həmin Nazirliyə uyğundur. Digər tərəfdən isə Azərbaycanda qeyri- hökumət təşkilatları var, bunlar özünütənzimləmə təşkilatlarıdır. Ölkədə çox gözəl Reklamçılar İttifaqı mövcuddur, hətta bu qurum Beynəlxalq Reklamçılar İttifaqının üzvüdür. Bu təşkilatlar müəyyən qədər tənzimləmə mexanizmini həyata keçirəcək. O cümlədən, reklama müəyyən lisenziyanın verilməsi, reklamın ölçülərinin dəqiq müəyyən edilməsi, nəqliyyatda hansı vasitələrlə göstərilməsi, televiziya ekranında necə yayımlanması kimi məsələlərin hamısı qanunda öz əksini tapıb. Hesab edirəm ki, bu qanun reklam bazarının inkişafını daha da təkmilləşdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə