Azpromo-nun rəhbəri WAIPA-nın vitse-prezidenti seçildi

Azpromo-nun rəhbəri WAIPA-nın vitse-prezidenti seçildi

İyunun 14-16-da İtaliyanın Milan şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası çərçivəsində təşkilatın İdarəetmə Komitəsinin növbəti toplantısı və XX Dünya İnvestisiya Konfransı keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, WAIPA-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) aktiv fəaliyyəti, təşkilatın inkişafına verdiyi töhfə və onun üzvlər arasında yüksək nüfuzu nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə Azpromo-nun rəhbəri Rüfət Məmmədov yenidən WAIPA-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə