Kənd təsərrüfatı naziri Heydər Əsədovun iyunun 19-da İmişli rayonunda vətəndaşlarla görüşəcək. Saat 11:00-da keçiriləcək görüşdə İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri iştirak edə bilərlər. Sİa-nın Nazirliyin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə müraciət etməlidir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB