Azərbaycan nefti ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,31 dollar yaxud 2,01% enib. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 63,86 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 65,17 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə