"Qərbin qısqanclığı Azərbaycanın artan iqtisadi gücü ilə bağlıdır" AÇIQLAMA

"Qərbin qısqanclığı Azərbaycanın artan iqtisadi gücü ilə bağlıdır" AÇIQLAMA

"Azərbaycan 2008-2014-cü illərdə ixrac etdiyin neftin 60 faizini Avropa Birliyinə, 14 faizini Amerka Birləşmiş Ştatlarına ixrac edib. Qara qızılın qalan hissəsi də əsasən Avropanın mütəffiq ölkələrinə nəql edilib. Qərbin müttəfiqi olan Əfqanıstana isə anti-terror koalisiyası fəaliyyəti üçün ölkəmiz hər il 100 milyon dollardan çox dəyərdə neft məhsulları ixrac edir. Sadəcə bu faktlar göstərir ki, Azərbaycan Qərbin enerji təhlükəsizliyinə töhvə verməklə yanaşı, beynəlxalq terrora qarşı mübarizədə aktiv iştirak edir". Bu fikirləri SİA-nın əməkdaşı ilə söhbətində iqtisadçı alim Vüqar Bayramov bildirib.

Vüqar Bayramov deyib ki, bütün bunlara baxmayaraq, təəssüf ki, bir sıra Qərb dairələrində ölkəmizə qarşı qərəzli qara "piar" kampaniyaları aparılır. Azərbaycan özünün zəngin mavi qaz yataqları ilə eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhvə verərək sözügedən qitədə idxalın diversifikasiyasında fəal iştirak edir. Ölkəmizin səmimi əməkdaşlıq təşəbbüsünə, regionda sülhün formalaşaması fəaliyyətinə bəzi Qərb dairələrinin və hətta dövlətlərinin ikili standartlar daxilində qısqanclığı Azərbaycanın artan iqtisadi gücü ilə bağlıdır. Ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini formalaşdırmaqla post-sosialist məkanında lider ölkələrdəndir.

İqtisadçı alim bildirib ki, möhtəşəm oyunlara hazırlığın yükəsk səviyyədə təşkil edilməsi eyni zamanda ölkəmizin güclü iqtisadi gücə malik olması ilə bağlıdır: "Azəbaycan dünyada son 10 ildə illik iki-rəqəmli iqtisadi artıma malik olan az sayda ölkələrdəndir. Qlobal böhranlara baxmayaraq, ölkəmizdə iqtisad artım səviyyəsi heç zaman aşağı düşməyib. Birinci Avropa Oyunlarına hazırlıq və bu yarışlarda iştirak edəcək ölkələrin sayı və eləcə də beynəlxalq diqqət bir daha göstərdi ki, istənilən qərəzli qara "piar" kampaniyalarına baxmayaraq Azərbaycan öz iqtisadi və siyasi qüdrəti ilə möhtəşəm qlobal təşəbbüslərə imza atır və gələcək də oxşar layihələri reallaşdırmaq əzmindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə