Yunanıstanla danışıqlar bitdi

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana yardım proqramı üzrə danışıqları dayandırıb. Vesti informasiya agentliyi xəbər verir ki, bu addım problemin müzakirəsində heç bir irəliləyişə nail olunmaması səbəbindən atılıb.

Bu barədə BVF-nin nümayəndəsi Gerri Rays məlumat verib. O qeyd edib ki, tərəflər arasında əksər mühüm məsələlərə dair ciddi fikir ayrılıqları qalır.

"Biz razılaşma əldə olunmasından çox uzağıq" – nümayəndənin bəyanatında belə deyilir. Onun sözlərinə görə, fondun ekspertlər komandası Brüsseldən geri çağırılıb. "İndi söz Yunanıstanındır" - deyə Rays bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə