"Bakı 2015" ərəfəsində ucqar dağ kəndləri internetdən istifadə edə biləcək

"Bakı 2015" ərəfəsində ucqar dağ kəndləri internetdən istifadə edə biləcək

Qubanın ucqar dağ kəndləri internet xidməti ilə təmin olunub. SİA-nın xəbərinə görə, Quba Telekommunikasiya Qovşağından verilən məlumatda bildirilir ki, Xaltan, Yerfi, Söhüb, Əlik və Xınalıq kəndlərinə fiber-optik kabel vasitəsilə internet verilib. Belə ki, abunəçi potensialından asılı olaraq Xaltana 8, Yerfiyə 12, Söhübə 24, Əliyə 24 və Xınalığa 48 porta malik DSLAM internet avadanlığı qoyulub.

Qeyd edək ki, sözügedən işlər I Avropa Oyunları ərəfəsində həyata keçirilib. Bu da turistlərin həmin ərazilərdə istirahət zamanı yüksəksürətli internet xidmətindən istifadə edə bilməsinə şərait yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə