Nadir Əzməmmədov: “Şəhərin içərisində qısa dayanacaqlar olmayacaq” AÇIQLAMA

Nadir Əzməmmədov: “Şəhərin içərisində qısa dayanacaqlar olmayacaq” AÇIQLAMA

"Hazırda Bakı Dəmiryolu Vağzalından Koroğlu stansiyasına qədər olan məsafədə "Fialetov" və Bakı Lokomativ Deposunun qonşuluğundakı "Böyükşor" dayanacaqları sökülür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Bakı Dəmiryolu Vağzalından Koroğlu stansiyasına qədər olan məsafədə yerləşən dayanacaqlardan N. Nərimanov və Keşlə dayanacaqları təmir olunacaq, digərləri isə söküləcək. Ümumiyyətlə bu məsafədə yerləşən qısa dayanacaqlar ortadan qaldırılacaq: "Nəriman Nərimanov və Keşlə dayanacaqlarında isə təmir işləri gedir. Dayanacaqların sökülmə səbəbləri onların lazımlı olmamağından irəli gəlir. Çünki, onlar Dəmiryolu Vağzalına yaxındırlar. Əvvəllər həmin dayanacaqlardan istifadə olunurdu. Hazırda isə buna ehtiyac yoxdur. Sürətli qatarlar işə düşdükdən sonra isə, heç də həmin dayanacaqlara ehtiyac olmayacaq. Hazırda Bakı Sərnişin Qatarının Koroğluya səfəri planlaşdırılır. Yeni elektrik qatarlarının istifadəyə buraxılması, dayanacaqların sökülmə səbəblərindən biridir. Bundan sonra şəhərin içərisində qısa dayanacaqlar olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə