Nadir Əzməmmədov: “Hava limanına dəmiryolu xətti açılacaq” AÇIQLAMA

Nadir Əzməmmədov: “Hava limanına dəmiryolu xətti açılacaq” AÇIQLAMA

"Bakı Dəmiryol Vağzalından hava limanına qədər dəmiryolu xətti açılacaq". Bu sözləri SİA-ya açıqlamasına "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, dəmiryolu xəttinin layihəsi üzərində iş görülür və xətt 25 kilometr olacaq: "Dəmiryolu xəttinin uzunluğu 25 kilometr olacaq. Hazırda layihə ilə bağlı işlər görülür. Layihə işləndikdən sonra bu haqda tam məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə