Azərbaycan-İraq arasında sənəd imzalanıb

Azərbaycan-İraq arasında sənəd imzalanıb

Azərbaycan Respublikasının Energetika Nazirliyində Energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Abdulmahdi arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyev hər iki ölkənin malik olduğu zəngin neft resurslarının Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişlənməsində təkan verəcəyi bildirilmiş, qeyd edib ki, Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq. Bakıda SOCAR rəhbərliyi ilə apardığı danışıqları, keçirilən görüşləri yüksək qiymətləndirən İraqın neft naziri Adil Abdulmahdi iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdiyini xatırladıb. O, neft hasilatının həcminə görə İraqın OPEK ölkələri arasında ikinci yerdə dayandığını vurğulayıb və bildirib ki, ölkəsi hasilatın həcmini daha da artırmaq niyyətindədir. Qonaq Azərbaycanın neft sənayesində tətbiq edilən yenilikləri yüksək qiymətləndirib, İraqda infrastrukturun yenilənməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləyib. Daha sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında İraqda neft-qaz layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə