Edvard Stroon: “Xarici iştirakçılar sərgi sahəsinin 70 faizini tutur” AÇIQLAMA

Edvard Stroon: “Xarici iştirakçılar sərgi sahəsinin 70 faizini tutur” AÇIQLAMA

"Hər il "Xəzər Neft və Qaz" sərgi və konfransına yüksək vəzifəli qonaqlar gəlir və onlar bu tədbirin açılış mərasimində iştirak edirlər". SİA-nın məlumatına görə, bu sözləri "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon bu gün sərgi öncəsi keçirilən mətbuat konfrans zamanı deyib. Onun sözlərinə görə, bu il keçiriləcək "Xəzər Neft və Qaz" sərgisində müxtəlif ölkələrdən nüfuzlu şəsxlər iştirak edəcək: "Caspian Oil and Gas 2015" sərgi və konfransının VİP səviyyəli qonaqları arasında Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski, İraq Respublikasının Neft Naziri Adil Abdulmahdi Hassan Şubber, London – Siti şəhərinin lord-meri Alan Yarrou, "Bulgargaz EAD" şirkətinin icraçı direktoru Petyo İvanov, Petronas şirkətinin prezidenti və baş direktoru Van Zulkifli Van Ariffin və başqaları var".

Stroon həmçinin vurğulayıb ki, builki sərginin debutantları da var. Sərgidə milli povilyonlar da sifariş olunub. Ümumilikdə xarici şirkətlər sərgi sahəsinin 70 faizini tuturlar: "Bu il sərgi dünyanın 27 ölkəsindən 315 şirkəti qəbul edir. Onların 80 faizi dünyaca məşhur şirkətlərdir. Milli qruplar üçün pavilyonlar Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə və Çexiya tərəfindən rezervasiya olunub. MDB və Şərqi Asiyadan olan şirkətlərin sayı xeyli artıb. Çexiya neft-qaz sənayesinin 25şirkətini ehtiva edən Çex milli povilyonu Azərbaycan sərgisində ilk dəfə təmsil olunur. Sərginin daha bir debutantı isə İtaliyanın milli povilyonudur. Ümumilikdə, xarici iştirakçılar sərginin sahəsinin cəmi 70 faizini tuturlar".

Bütün xəbərlər Facebook səhifəmizdə