Neftimiz ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,03 dollar yaxud 1,62% ucuzlaşıb. Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən məlumata görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 62,61 dollar olub.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 63,64 dollar/barel olub.

Bütün xəbərlər Facebook səhifəmizdə