Mark Ehler: “Azərbaycana minlərlə turist axın edəcək” AÇIQLAMA

Mark Ehler: “Azərbaycana minlərlə turist axın edəcək” AÇIQLAMA

"Azərbaycan böyük tədbirlərə ev sahibliyi edir. Hər il ölkədə möhtəşəm tədbirlərin keçirilməsi hədəflənir". SİA-nın məlumatına görə, bu sözləri "Absheron Hotel Group"-un icraçı direktoru Mark Ehler bu gün Bulvar Otelinin təqdimat mərasimi zamanı deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarından sonra Azərbaycanda Formula- 1 yarışlarının keçirilməsi ölkəyə turist axınını biraz daha artıracaq. Azərbaycanın belə yarışlara ev sahibliyi etməsi böyük uğurdur: "Bu tədbirlərdən biri olaraq Formula- 1 yarışını göstərmək mümkündür. Avropa Oyunlarından sonra keçiriləcək bu mötəbər tədbirdə Azərbaycana minlərlə turist axın edəcək. Çünki bu yarışların dünyada izləyicilərinin sayı 450 – 500 milyondan çoxdur. Həmin azarkeşlər hər il Formula- 1 yarışları keçən ölkələrə səfər edir. Azərbaycanın belə bir yarışa ev sahibliyi etməsi böyük bir uğurdur".

Mark Ehler onu da qeyd etdi ki, Bakının "qara şəhər" adlanan ərazisi ölkə Prezidentin qayğısı nəticəsində gözəl məkana çevrilib: "Bulvar Otelinə gəldikdə isə, otelin yerləşdiyi ərazinin köhnə adı "qara şəhər" olub. Azərbaycan Prezidentinin atdığı addımlar sayəsində bura şəhərin ən baxımlı yerinə çevrilib. Biz otelimizdə zərərsiz işıqlardan və yenidən emal olunmuş məmulatlardan istifadə etmişik ki, bu da ekoloji çirklənmənin qarşısını alır".

Bütün xəbərlər Facebook səhifəmizdə