“Türk axını” 2017-ci ildə içə salına bilər

“Türk axını” 2017-ci ildə içə salına bilər

"Türk axını" layihəsi üzrə ilk təbii qaz nəqlinə 2017-ci ilin sonlarında başlanıla bilər. Bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım "İnterfax" informasiya agentliyinə müsahibəsində məlumat verib. Səfir bildirib ki, Türkiyə və Rusiya "Türk axını" layihəsinin reallaşdırılmasında maraqlıdırlar və hazırda iki ölkə rəsmiləri arasında layihə ilə bağlı danışıqlar davam etdirilir. Layihənin uğurla həyata keçirilməsi hər iki ölkə üçün də böyük qələbə olacaq.

"Türk axını" layihəsi 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılmasını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə