Nadir Əzməmmədov: “Yeni qatarlar iyunun 2-də Bakıda olacaq” AÇIQLAMA
"Elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Qatarlarda sərnişinlərin yüksək keyfiyyətli nəqliyyata olan tələbatını ödəmək üçün hər cür şərait mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, elektrik qatarlarının gətirilməsi dövlət proqramı çərçivəsində həyata keçirilir: "Qatarlar mayın 24-də Minsk şəhərindən yola çıxacaq və iyunun 2-də Bakıda olacaq. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində yeni elektrik qatarlarının alınması həyata keçirilir. Qatarların sərnişin tutumu ümumilikdə 919 nəfərlikdir. 84 biznes sinfi olmaqla 396 oturaq yerli qatarlar alınıb. Olimpiya oyunları stadionu ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılacaq qatarlar I Avropa Oyunlarının keçiriləcəyi müddətdə yüksək xidmət göstərəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB