İlham Şaban: “Qızılın qiyməti daha da artacaq” AÇIQLAMA

İlham Şaban: “Qızılın qiyməti daha da artacaq” AÇIQLAMA

"İlin sonunadək qızılın qiyməti daha da artacaq". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, neftin qiymətinin aşağı enməsi ilə əlaqədar olaraq dünya bazarında qızılın qiyməti artır: "Hal - hazırda neftin qiymətindəki ucuzlaşma dünya bazarında qızıla olan təklifin çoxalması fonunda baş verir. Çünki İraq və Liviyada hasilatın azalmağı davam edir. Liviya ölkədə 2011-ci ildəki səviyyədən, əvvəlki ixracı verib. Dünya bazarında neftin emalı çoxaldığından qiyməti son bir həftədə 68-dən 65 dollara qədər aşağı enib. Ancaq bunun fonunda dünya bazarında qızılın qiymətinin təqribən 1180-1185-dən artıq, 1200 dolları keçməsi müşahidə edilir. Bu isə əksər dünya ölkələrinin mərkəzi banklarının yığım vasitəsi olaraq, bu qiymətli metala üstünlük verməsi ilə əlaqəlidir. Eyni zamanda, dolların bahalaşması fonunda qızıla olan marağın üstünlük təşkil etməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə