Yeraltı qaz anbarlarına təbii qazın vurulması davam edir

Yeraltı qaz anbarlarına təbii qazın vurulması davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu barədə SİA-ya Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, hazırda payız-qış mövsümü üçün SOCAR-ın "Qaradağ" və "Qalmaz" qaz anbabarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq, aprel ayından başlanılmışdır və cari ilin noyabr ayında başa çatdırılacaqdır. Cari il mayın 20-ə kimi anbarlara ümumilikdə 338 milyon 754 min kubmetr qaz vurulmuşdur ki, bunun da 186 milyon 205 min kubmetri "Qalmaz", 152 milyon 549 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşmüşdür. Mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə