“Jumeirah Bilgah Beach Hotel” turizm mövsümünü açıq elan edib FOTOLAR

“Jumeirah Bilgah Beach Hotel” turizm mövsümünü açıq elan edib FOTOLAR

"Jumeirah Bilgah Beach Hotel" bu gün 3 yaşını qeyd edir. SİA-nın məlumatına görə, 3 yaşını qeyd edən otel həm də yay mövsümünün açılış mərasimini keçirib. Açılış mərasimində çıxış edən "Jumeirah Bilgah Beach Hotel"in baş meneceri Kristof Musse otelin fəaliyyəti barədə geniş məlumat verib. Otelin builki mövsümdə yeniliklərindən danışan Musse Azərbaycanda turizmin inkişafına göstərilən diqqət və qayğıdan da bəhs edib. Bu il Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsindən danışan baş menecer qeyd edib ki, bu mötəbər tədbir üçün otel tam hazır vəziyyətdədir və bura gələn turistlər üçün yeniliklər ediləcək, turpaketlər təşkil olunacaq.

Qeyd edək ki, "Jumeirah Bilgah Beach Hotel" Xəzərin sahilində yerləşir. Qonaqlara müasir tələblərə cavab verən, möhtəşən dəniz mənzərəli otaqlar, yüksək səviyyəli restoranlar, dəbdəbəli spa kompleksi, hovuzlar təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə