“I Avropa Oyunları Azərbaycana uzunmüddətli gəlir gətirəcək” AÇIQLAMA

“I Avropa Oyunları Azərbaycana uzunmüddətli gəlir gətirəcək” AÇIQLAMA

"I Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı qarayaxmalar davam edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı əsassız fikirlər səsləndirilir. Avropa maliyyə qurumları Oyunların keçirilməsi ilə bağlı rəylərini veriblər: "Avropa Oyunları ərəfəsində Azərbaycan iqtisadiyyatının bu tədbiri keçirtmək gücündə olmadığı deyilir. Qeyd edim ki, hər hansı bir idman yarışı, qitələrarası olsun və ya qitə səviyyəsində bir tədbir olsun, hər hansı ölkəyə həvalə edilməzdən əvvəl, hər hansı ölkənin namizədliyi qəbul edilməzdən əvvəl həmin ölkənin mövcud iqtisadi durumu, maliyyə vəziyyəti, sosial iqtisadi durumu, infrastruktur səviyyəsi mütləq nəzərə alınır. Təbii ki, müvafiq Avropa maliyyə qurumları Azərbaycanın iqtisadi vəziyyətini araşdırıb, bu yarışla bağlı Azərbaycana səlahiyyət verib. Dövlətçilik müxaliflərinə sualım budur ki, siz hər dəfə Avropa və Amerikaya sığınırsız və onlar sizin əmək haqqlarınızı təyin edir. Niyə gizlədirsiz bu faktları? Niyə insanların məlumatsızlığından istifadə edirsiz? Məgər siz deyilsiz hər zaman Avropanın qərarlarını bizə misal göstərən? Siz deyilsiz Azərbaycana sanksiyaların tətbiqi üçün Avropa və Amrikanı sənədlə təmin edən və təşviqatlandıran?".

Ekspert onu da qeyd etdi ki, Avropa Oyunları ilə əlaqədar olaraq Azərbaycan çox xərc çəkməyib, yeni binalar inşa etməyib. Sadəcə köhnə binaları təmir edib. Avropa Oyunları isə Azərbaycana uzun müddətli gəlirlər gətirəcək: "Avropa oyunları Azərbaycana qısa müddətli deyil, uzun müddətli gəlir və xeyirlər gətirəcək. Dünyanın hansı ölkəsi var ki, hələ 24 yaşı olsun və bu qədər uğurlar əldə etsin, böyük öhdəlikləri boynuna götürsün. Təbii ki, dünyada ikinci belə bir ölkə yoxdur. Avropa Oyunları ərəfəsində çox da idman qurğuları tikilmədi. Fikir versək görərik ki, əsas güc daha çox yenidənqurmaya və təmirə yönləndirildi. Çünki bizim əvəlcədən aktivlərimiz mövcud idi. Əvvəllər inşa etdiyimiz infrastruktur bu gün bizi daha çox xərcdən azad etdi. Təbii ki, bütün bunlar ölkə Prezidentinin uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu gün tikilən idman qurğuları da gələcək müddətdə bizim daha başqa böyük yarışlarımız üçün indidən tikilən aktivlərdir. Çünki onların iqtisadi səmərəliyi var və gələcəkdə gəlirlər gətirmək gücünə malikdir. Real olaraq qarşıdan gələn İslam həmrəylik oyunları, o cümlədən Avropa Çempionatının bir sıra oyunları Azərbaycanda keçiriləcək və biz artıq bu oyunlara hazır olacağıq. Bizim xərclərimiz ancaq təşviqat və reklam xarakterli olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə