Tikinti işlərinin qiyməti artıb

2015-ci ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,9 faiz, yol və körpü tikintisində isə 0,1 faiz bahalaşma müşahidə edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə, 0,9 faiz, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə