Cari ilin aprel ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 1.7% bahalaşıb, sərnişindaşıma tarifləri isə 0.2% ucuzlaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri və digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1.3% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmiryol nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7.6% bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0.2% bahalaşıb, sərnişindaşıma tarifləri dəyişməyib.
Aprel ayında boru kəməri vasitəsilə neft və qazın nəql olunma tarifləri, müvafiq olaraq, 5.5 və 0.1% bahalaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB