Rifat Hisarcıqlıoğlu: “SOCAR artıq qlobal bir güc olub” AÇIQLAMA
"Azərbaycanın qüruru olan SOCAR artıq qlobal bir güc olduğunu sübut edib". SİA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu G20 Azərbaycan Regional Məsləhət Forumu zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan son 13 ildə yüksək inkişaf edib: "Azərbaycana bir neçə dəfə səfər etmişəm. 1990-cı illərdən etibarən Azərbaycana iqtisadi məsələlərlə bağlı səfərlər edirəm. Hər gəldiyimdə Bakının necə inkişaf etdiyini görürəm. Azərbaycan ulduz kimi dünyaya parıldayır. Dünya iqtisadiyyatında Azərbaycan bütün rekordları qırıb. 13 ildə Azərbaycan hökümətinin gerçəkləşdirdiyi reformlar sayəsində ölkə qlobal güc olmağa başlayıb. Son illərdə böyük müvəffəqiyyətlər əldə edilib".
Rifat Hisarcıqlıoğlu onu da qeyd edib ki, Amerikanın apardığı siyasət nəticəsində dünyada valyuta problemi yaranır: "İnkişaf etmiş ölkələrdə işsizliyin sayı artır. Türkiyə bu problemləri həll etmək üçün G20 çərçivəsində işlər həyata keçirir. Bu gün Türkiyə 20 min çeşid dünyaya mal ixrac edir. İldə 160 milyard dollarlıq məhsul ixrac olunur. Bu gün bir çox iqtisadi problemlərlə üzləşməkdəyik. Son 6 ildə problemlər daha da güclənib. İnkişaf etmiş ölkələrdə artıq işsizliyin sayı artır. Bərabərsizlik problemi artıq iqtisadi problem olmaqdan çıxaraq sosial bir problemə çevirlməkdədir. Qısa müddətdə yeni qlobal iqtisadi problemlərlə də üzləşməkdəyik. Amerikanın apardığı siyasət sayəsində bir çox ölkələrin banklarında valyuta problemləri yaşanmaqdadır. Dollar üzərindən aparılan anti – iqtisadi siyasət, artıq qlobal problemlərin böyüməsinə səbəb olub. "G-20" də bütün bu problemlərin öhdəsindən gəlməyə çalışacağıq. Sentyabrda "G-20" çərçivəsində hesabat verəcəyik. Noyabr ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin də qatılacağı "G-20"nin ümumi toplantısı keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB