Osman Gündüz: “Avropa Oyunları ərəfəsində internet pulsuz olacaq” AÇIQLAMA
"Artıq rəsmi qurumlar tərəfindən müəyyən açıqlamalar verilib ki, I Avropa Oyunları ilə bağlı ölkədə həm internet təchizatı, həm informasiya təhlükəsizliyi, həm də kiberhücumlardan qorunmaqla bağlı nəhəng bir infrastruktur yaranıb". Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, Avropa Oyunları ilə bağlı olaraq ölkə ərazisinə pulsuz internet təqdim ediləcək. Bu, daha çox Avropa Oyunları gedən ərazilərdə və ictimai yerlərdə təqdim edilə bilər: "Bu yaxınlarda böyük bir konfrans keçirilən zaman bu sahəyə aidiyyatı olan qurumların bununla bağlı açıqlamaları oldu".
Ekspert qeyd etdi ki, pulsuz internetin təşkili üçün "Wi–Fi" və fiberoptik internet texnologiyalarından istifadə oluna bilər: "Hazırda ölkədə bununla bağlı böyük milli internet operatoru olan "Delta Telekom" şirkəti var. Bu şirkət artıq ölkəyə daxil olan trafiki I Avropa Oyunları ilə bağlı olaraq artırmağı nəzərdə tutub. İnternet təminatının həyata keçirilməsi üçün bütün tədbirlərin görüldüyü qeyd olunur. Yəqin ki, burada müxtəlif texnologiyalardan istifadə olunacaq. "Wi – Fi" texnologiyası , Fiberoptik internet və s. burada əsas rol oynayacaq. Yəni informasiya mübadiləsi üçün də geniş bir infrastruktur qurulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB