Vahid Əhmədov: “Çeklər üçün əlavə qərar qəbul olunmalıdır” AÇIQLAMA
"Əgər vətəndaşların əlində özəlləşdirmə çeklərindən qalıbsa, onun yenidən fəaliyyət göstərməsi üçün əlavə qərar qəbul olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, özəlləşdirmə çeklərinin yenidən fəaliyyət göstərməsi üçün qərar qəbul olunmalıdır. Azərbaycanda hazırda özəlləşdirmə prosesi sona çatıb: "Özəlləşdirmə çekləri faktiki olaraq hazırda fəaliyyət göstərmir. Əgər vətəndaşların əlində həmin çeklərdən qalıbsa, onun yenidən fəaliyyət göstərməsi üçün əlavə qərar qəbul olunmalıdır. Amma hələlik belə bir qərar yoxdur. Lakin belə bir qərar da gözlənilmir. Çünki faktiki olaraq özəlləşdirmə başa çatıb. Yalnız müəyyən strateji obyektlər qalıb. Özəlləşdirməyə gəldikdə isə, bununla bağlı Dövlət Əmlak Komitəsi məlumat verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB