İsmayıl Hüseynov: “Kreditlər manatın əvvəlki məzənnəsi ilə qaytarılsın, yoxsa...” AÇIQLAMA
"Vətəndaşlar banklardan kredit götürdüyü vaxt onların sənədlərində həmin günlə məzənnənin hesablandığı qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qarşısında Ali Məhkəmə kreditləşmə ilə bağlı məsələ qaldırıb. Qərarda hansı məzənnə ilə kreditin qaytarılması məsələsinə aydınlıq gətiriləcək: "Dolların manata nisbətən güclənməsi, yəni manatın devalvasiyası kreditləşmədəki həmin qanunun işlənməsinə səbəb oldu. Əgər Konstitusiya Məhkəməsi günün məzənnəsinə görə kreditin hesablanması qərarını versə, bu vaxt banklar ziyan çəkəcək. Bununla əlaqədar olaraq, Ali Məhkəmə Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırdı ki, ödənişlər hansı qaydada ödənilsin, yəni qanun maddəsi haqqında təfərrüatlar açıq bildirilsin. Konstitusiya Məhkəməsi artıq qərar verəcək ki, xarici valyuta ilə əldə edilən kreditlər manatın əvvəlki məzənnəsi ilə qaytarılsın, yoxsa indiki məzənnəsi ilə müqayisə edilərək ödənilsin".
Ekspert qeyd etdi ki, əgər Konstitusiya Məhkəməsi kreditlərin qaytarılmasını devalvasiyadan əvvəlki məzənnə ilə hesablanması qərarını versə, bu vaxt vətəndaşlar qazanan tərəf olacaq: "Əgər məhkəmə tərəfindən qərar verilərsə ki, kreditlər indiki məzənnə ilə müqayisə edilərək verilməlidir, bu vaxt vətəndaşlar ziyan çəkəcək. Əgər əvvəlki məzənnə ilə kreditin qaytarılması qərarı verilərsə, bu vaxt bank ziyan çəkəcək. Konstitusiya Məhkəməsi qərarı verənə qədər heç nə demək mümkün deyil. Məhkəmənin qərarına qədər gözləmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB