Nazirlər Kabineti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının tərkibi haqqında qərar verib. SİA-nın məlumatına görə, Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Kollegiyanın üzvləri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov, Dövlət Komitəsi Aparatının rəhbəri Elçin Quliyev, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov, Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov, Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi Ramin Babayev, Dövlət Komitəsi Aparatının texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev təsdiqləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB