DƏMX sədri: “Fondun yaradılması ilə bağlı təklif hökumətə təqdim olunub” AÇIQLAMA
"Əməyin mühafizəsi fondunun yaradılması ilə bağlı təklif hökumətə təqdim olunub". Bu sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, əməyin mühafizəsi fondunun yaradılması ilə bağlı təklif artık hökumətə təqdim edilib. İlin sonuna qədər cavab verilməsi gözlənilir: "Əməyin mühafizəsi üzrə fondun yaradılması ilə bağlı məlumat verilmişdi. Artıq əməyin mühafizəsi fondunun yaradılması ilə bağlı təklif hökumətə təqdim olunub. Burada əsas məsələ fondun maliyyələşməsi ilə bağlıdır. İlin sonunadək maliyyələşmə ilə bağlı məlumat verilməsi gözlənilir".
Fuad Əlizadə fondun fəaliyyəti ilə bağlı da məlumat verib. Vurğulayıb ki, fond işəgötürənləri maarifləndirmə tədbirləri həyata keçirəcək: "Qeyd etmək istəyirəm ki, fond önləyici tədbirlər həyata keçirəcək. Maarifləndirmə kursları vasitəsilə işəgötürənlər məlumatlandırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB