Əli Məsimli: “İslam Bankçılığına qiymət vermək tezdir” AÇIQLAMA

Əli Məsimli: “İslam Bankçılığına qiymət vermək tezdir” AÇIQLAMA

"İslam Bankı Azərbaycanda ilk addımlarını atır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, İslam Bankçılığı hələ oturuşmamış sistemdə olduğu üçün bank haqqında nəsə demək tezdir: "İslam Bankı Azərbaycanda ilk addımlarını atır. Bank sistemində yerini tutmalıdır ki, insanların banka qarşı inamı müəyyənləşsin. Amma indiki vəziyyətdə başqa məqam var. Belə ki, manatın devalvasiyasından sonra banklar ətrafında yaranan məlum proseslər ona gətirib çıxarır ki, İslam Bankçılığının təmini vasitəsilə kreditlərin verilmə məsələsində müəyyən fərqlər var. Amma bu o demək deyil ki, bankçılığa qarşı inam azalıb. İslam Bankçılığının özünün üstünlükləri var, həmin üstünlüklərdən istifadə olunanda normal nəticələr verir. Mən deyərdim ki, oturuşmuş İslam Bankçılıq sistemi olmadığına görə, hələlik buna qiymət vermək tezdir".

Bütün xəbərlər Facebook səhifəmizdə