DRİ radiomonitorinqə başladı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) regionlarda radiomonitorinq işlərinə başlayıb. İdarədən SİA-ya verilən xəbərə görə, idarənin radiomonitorinq şöbəsinin mütəxəssisləri Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində radiomonitorinq işləri aparır.

Radiomonitorinq TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə