İlham Şaban : “Rusiya enerji daşıyıcılarını siyasi alət kimi istifadə etməməlidir” AÇIQLAMA
"Rusiya bir neçə il bundan əvvəl bəyan edib ki, öz enerji daşıyıcılarının qiymətini ona dost münasibət bəsləyən ölkələrə görə formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, Rusiya açıq - aşkar bəyan edib ki, enerji qiymətlərini onlara dost olan ölkələrə görə formalaşdıracaq: "Rusiyanın Ermənistana aşağı qiymətə qaz satmasında gizli heçnə yoxdur. Ukrayna və Moldovaya satılan enerjinin qiymətinin yüksək olması və ya Baltikyanı ölkələrə satılan qazın qiymətinin Moldavadan daha yüksək olması burada öz sözünü deyir. Rusiya ona dost olan ölkələrə görə enerjinin qiymətini formalaşdırır. Gürcüstan əvvəllər Rusiyadan qaz alırdı. Lakin qonşu ölkə 2007-ci ildən Rusiyadan qaz idxalını dayandıraraq Azərbaycana üz tutdu. Bundan sonra birdən-birə Gürcüstana 180 dollara satılan qazın qiyməti 310 dollara qədər yüksəldi. Bu da Gürcüstanla Rusiya arasında xarici siyasətdə özünü göstərdi. Rusiya öz enerji daşıyıcılarını siyasi alət kimi istifadə etməməlidir".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB