“Müqaviləyə yenidən baxıla bilər” AÇIQLAMA

“Müqaviləyə yenidən baxıla bilər” AÇIQLAMA

"Bizim Hazırda imzaladığımız müqavilələr uğurla icra olunur. Müqavilələrin özünün müddəti var". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, banklar tərəfindən əgər layihələrin icrası gecikdirilsə, bu zaman onlarla müqaviləyə yenidən baxıla bilər. Lakin bugünki halda müqavilə imzalanan banklar öhdəliklərini vaxtından əvvəl yerinə yetirirlər: "Əgər müqavilələrin icrası gedişində hər hansı bir icraçı tərəfin öz öhdəliklərini yerinə yetirməmə halı olarsa, onda müqaviləyə yenidən baxıla bilər. Hazırki vəziyyətə görə, heç bir problem görmürəm. Əksinə biz bankların qarşısında pensiyaların qrafikdən əvvəl maliyyələşməsi öhdəliyini qoyuruq. Başa düşürəm ki, bu, banklar üçün də əlavə öhdəlikdir. Çünki onlar da öz qrafiklərində bizə görə dəyişikliklər etməli olurlar. Amma banklar bu layihəyə həmişə sosial layihə kimi yanaşırlar. Bizim istənilən tələbimizi çox yüksək səviyyədə qarşılayıblar və bu gün də bu proses davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə