DSMF sədri: “Pensiya təminatında heç bir problem olmayacaq” AÇIQLAMA

DSMF sədri: “Pensiya təminatında heç bir problem olmayacaq” AÇIQLAMA

"Bugünki vəziyyətdə hər iki bank öz üzərindəki öhdəlikləri kifayət qədər yüksək səviyyədə icra edirlər". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kapital Bank və Beynəlxalq Bank pensiya təminatı məsələsində üzərlərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. Pensiya təminatında heç bir problem olmayacaq: "Bu gün Azərbaycan Respublikasında pensiyaların ödənilməsi prosesi Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında" Qanununa uyğun olaraq keçirilən tender vasitəsilə reallaşdırılır. Ötən dövrdə bizim keçirdiyimiz bu tenderdə Beynəlxalq Bank və Kapital Bank qalib olub və hazırda pensiyaların ödənilməsi prosesi də bu iki bank tərəfindən reallaşdırılır. Artıq biz May ayının pensiyalarının maliyyələşməsinə yenə də qrafikdən öncə, May ayının 1-də start verəcəyik. Mən müvafiq bankların rəhbərləri ilə də bu barədə müzakirə etmişəm, həm maliyyələşmələrdə, həm də nağd pul vəsaitləri ilə təminatda heç bir problem olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə