Ziyad Səmədzadə: “Əmək Fondunun yaradılmasına ehtiyac var” AÇIQLAMA

Ziyad Səmədzadə: “Əmək Fondunun yaradılmasına ehtiyac var” AÇIQLAMA

"Azərbaycan iqtisadiyyatı yüksək inkişaf səviyyəsindədir. Yaxın zamanda Azərbaycanda yüzlərlə sənaye sahələri yaradılacaq, yüzlərlə iş yeri açılacaq". SİA-nın məlumatına görə, bu sözləri Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Heydər Əliyev Mərkəzində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, yeni iş yerlərinin açılması əməyin mühafizəsi ilə bağlı yeni problemlərin ortaya çıxmasına səbəb ola bilər. Azərbaycanda işsizliklə bağlı əmək fondu yaradılmalıdır: "Yeni iş yerlərinin yaradılması, iş sahəsində yeni təhlükələr ortaya qoyur. Buna ciddi nəzarət olunmalıdır, əməyin mühafizəsinə ciddi diqqət yetirilməlidir. Hesab edirəm ki, ölkəmizdə artıq işsizliklə bağlı Əmək Fondunun yaradılmasına ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilən qərarları təqdirəlayiq hesab edirəm. Sovetlər Birliyi vaxtında istehsalatda baş verən qəzalardan xəbərdar olmaq çətin idi. Artıq bu gün biz bunun haqqında geniş məlumat əldə edirik və bununla bağlı qabaqlayıcı tədbirlər görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə