Eyyub Hüseynov: “Bazara ucuz və keyfiyyətli dərman daxil ola bilər” AÇIQLAMA
"Azad İstehlakçılar Birliyi bir neçə ildir ki, Səhiyyə Nazirliyi və İqtisadiyyat və Sənayə Nazirliyinə istehlakçıların şikayətlərini, fikirlərini çatdırır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, keçən həftə Prezidentin Nazirlər Kabinetinin iclası zamanı dərmanların tariflərinə və keyfiyyətinə toxunması əhəmiyyətli bir məsələdir. Bazara həm ucuz, həm də keyfiyyətli dərmanlar daxil ola bilər: "İstehlakçılar bu istiqamətdə böyük problemlər yaşayır və ölkə Prezidentinin bu məsələyə xüsusən toxunması bizi bir daha ruhlandırır. Bu addım istehlakçıların səsinin Prezident tərəfindən nəzərə alınmasının bir daha bariz nümunəsidir. O cümlədən, ictimai təşkilatın Cənab Prezident tərəfindən nəzərə alınması da çox əhəmiyyətli tədbirdir. Lakin Azad İstehlakçılar Birliyi ictimai təşkilat olaraq həmin siyasətdə təsirli olmaq üçün İqtisadiyyat və Sənayə Nazirliyi və Səhiyyə Nazirliyinə tədbirlər planı təqdim edib. Bizim müthiş gözləntilərimiz ondan ibarətdir ki, bazara külli miqdarda ucuz və keyfiyyətli dərman daxil ola bilər".
Eyyub Hüseynov onu da vurğuladı ki, bütün dünyada saxta dərmanların dövriyyəsi mövcuddur, hətta inkişaf etmiş ölkələrdə belə. Lakin Azərbaycan Prezidentinin bu dərmanlarla bağlı atdığı addımlar müsbət nəticələr verəcək: "Bütün dünyada saxta dərmanlar 30 faizdən 60 faizədək dövriyyədədir, bura Amerika da daxildir. Dərmanın ekspertizasında mikroorqanları tapmaq çox çətin məsələdir. Cənab Prezidentin əhalinin sosial müdafiəsinə yönəlmiş bəyanatı və Fərmanı müsbət nəticələr verir. Qiymətlərin bir neçə qurum tərəfindən razılaşdırılması isə qiyməti aşağı sala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB