Nicat Hacızadə: “Bu birləşmə TANAP-ın imicinə təsir etməyəcək” AÇIQLAMA

Nicat Hacızadə: “Bu birləşmə TANAP-ın imicinə təsir etməyəcək” AÇIQLAMA

"Rusiya ilə Yunanıstanın yaxınlaşması iqtisadi baxımdan daha çox siyasi anlam daşıyır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. Onun sözlərinə görə, Yunanıstanın Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsi Rusiya ilə yaxınlaşmasına səbəb olub. Cənub Axını məsələsində Rusiya və Yunanıstan arasında kontraktın uzunömürlü olacağına inanmaq mümkün deyil: "Rusiya ilə Avropa münasibətlərinin pisləşməsi və Yunanıstanda yeni hökumətin Avropa İttifaqı ölkələri ilə münasibətlərinin soyuq olması, adıçəkilən ölkələrin münasibətlərinin formalaşmasına gətirib çıxardıb. Nəzərə alsaq ki, son 10 il ərzində Rusiya ilə Yunanıstan arasında ciddi kontrakt və ya iqtisadi ticari əlaqələr olmayıb və son hadisələrin cərəyanına inansaq, bu əməkdaşlıq başa düşüləndir. Təbii ki, bu 2 ölkənin birləşməsi müvəqqəti xarakter daşıyır".

Ekspert onu da qeyd etdi ki, Rusiya və Yunanıstan arasında enerji ilə bağlı əməkdaşlıq TANAP-ın beynəlxalq imicinə heç bir təsir etməyəcək: "Bu birləşmə TANAP-ın imicinə təsir etməyəcək. Amma iqtisadi baxımdan təbii ki, təsirlər olacaqdır. Rusiya Yunanıstan vasitəsilə öz məhsulunu bazara çıxarmaq istəyir və bu da müəyyən dərəcədə TANAP layihəsi çərçivəsində dolayı və ya bilavasitə Azərbaycana öz iqtisadi təsirlərini göstərəcək. Amma imic baxımından regionda heç bir layihə TANAP-a təsir göstərməyəcək. Ən azından nəzərə almaq lazımdır ki, ölkə Prezidentinin siyasi iradəsi var bu layihədə. Təbii ki, biz bu layihədən dövlət və dövlətçilik üçün ancaq xeyir gözləyə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə