"Vyetnamlı mütəxəssislər BANM-da təcrübə keçəcək" AÇIQLAMA

"Vyetnamlı mütəxəssislər BANM-da təcrübə keçəcək" AÇIQLAMA

"Cari ilin sentyabr ayından Vyetnam Sosialist Respublikasından olan tələbələr Bakı Ali məktəbində neft qaz, kimya mühəndisliyi, informatika ixtisası üzrə tədrisə başlayacaqlar". SİA-nın xəbərinə görə, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan başqa BANM-da vyetnamlı mütəxəssislər üçün kurslar və təlimlər keçiriləcək.

Rektor BANM-ı bitirən tələbələrin gələcək karyeraları ilə bağlı onlara yaradılan şəraitdən də danışıb. E. Qasımov söyləyib ki, BANM tələbələrin xarici şirkətlərdə təcrübə keçməsinə şərait yaradır ki, bu da onların gələcək karyeraları üçün uğur deməkdir: "İki ildən sonra bizim ilk buraxılışımız olacaq. Bir çox xarici şirkətlər tələbələrimizin işlərilə ilə maraqlanır. Bu onlar üçün yaşıl işıq deməkdir. Bunun effektini iki ildən sonra daha aydın şəkildə görmək mümkün olacaq. 25-30 tələbəmiz "Halliburton" şirkətində 2 ay ödənişli istehsalat təcrübəsinə başlayacaqlar. Bizim ali məktəbə daxil olan tələbələr 650 baldan yuxarı yığan tələbələrdir. Hamısı ali savadlıdır, burada tədris alan tələbələr ingilis dilində dərs alırlar. Onlara gələcək karyeralarını təmin etmək üçün hər cür dərslər, bilik və bacarıqlar, təhsil, istehsalat təcrübəsi verilir".

Bütün xəbərlər Facebook səhifəmizdə