"Azərbaycanlı sahibkarların növbəti mərhələdə Bavariyaya səfəri nəzərdə tutulub. Bu səfər Mayın əvvəllərində olacaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycanlı sahibkarlar Türingenə qarşılıqlı olaraq səfər edəcək. Almaniya səfəri çərçivəsində həyata keçiriləcək görüşlərdə Azərbaycan məhsulları tanıdılacaq: "Sonrakı mərhələdə isə sahibkarlarımız Türingenə səfər edəcək. Azərbaycan məhsullarının da Avropada tanınması üçün biz müvafiq işlər görürük. Ümumiyyətlə biznesə dəstək təşkilatları olaraq Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının dünyada böyük rolu var. Azərbaycanın dünyada rolu getdikcə inkişaf edir və sahibkarlar özləri başa düşürlər ki, ayrılıqda yox, birlikdə təşkilatlar vasitəsilə xarici bazarlara çıxış daha az maliyyə tələb edir".
Fuad Hümbətov onu da vurğuladı ki, kiçik və orta sahibkarlıq quruluşları üçün biznes təşkilatları ilə çalışmaq daha sərfəlidir. Bu, onların xarici fəaliyyətinin inkişafına müsbət effekt verəcək: "Mən bunu xüsusən kiçik və orta strukturlar üçün deyirəm. Çünki onların özəlliyi ondan ibarətdir ki, beynəlxalq əlaqələr departamentləri yoxdur. Yəni bu işlə məşğul olan insanlar üçün müəssisədə işləyənlərin sayının çoxluğu biznesə imkan vermir. Elə buna görə də, biznesə dəstək təşkilatları var və onların xaricdəki tərəfdaşları vasitəsilə Azərbaycan biznesinin xaricdə təmsil olunması və ya xaricdəki biznesin Azərbaycanda tanınması üçün ikitərəfli görüşlər təşkil olunur. Hesab edirəm ki, bu proseslər biznesin inkişafına böyük effektlər verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB