Samir Şərifov: "Bu il ərzində avrobondların buraxılması gözlənilmir"
Bu il ərzində avrobondların buraxılması gözlənilmir. Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, ola bilsin Maliyyə Nazirliyi 2016-cı ildə avroda avrobond buraxsın.
"Bilirsiniz ki, bizim ilk buraxılışımız ABŞ dollarında idi. Yəqin ki, dünyanın ikinci ehtiyat valyutası olan avroda da bizim buraxılışımız ola bilər. Amma bu ilə bununla bağlı planlarımız mövcud deyil. Əgər yerləşdirmə barədə qərar qəbul olunarsa, bunun həcminin 0,5 milyard olacağı gözlənilir. Avrobondların həcmı bazarın tələbatından asılıdır. Buraxılışın likvidliyi olmalıdır ki, alınıb satılsın. Hazırkı bazar konyunkturası əlverişli deyil, ona görə də bazara daha uyğun vaxtda çıxacağıq", - deyə nazir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB