Nicat Hacızadə: “İran bunu sübut etməlidir” AÇIQLAMA

Nicat Hacızadə: “İran bunu sübut etməlidir” AÇIQLAMA

"Hər hansı bir layihənin qiymətləndirmə indeksi var. TANAP layihəsinin səhmlərinin və layihənin gələcəkdə rentabelli olması, bu rentabelliliyinin səhmlər vasitəsilə çoxlu sayda gəlir və mənfəət gətirməsi nəzərə alınaraq bir çox ölkələr və beynəlxalq şirkətlər bu layihədə səhmdar olmaq niyyətindədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bir neçə ölkə bu layihədə səhm sahibi olmaq üçün müraciət edib. İranın bu layihədə səhm sahibi olması üçün gərək bu istiqamətdə işlər görsün: "Təbii ki, bu layihədə əsas səhmdar paketi Azərbaycan Dövlət Neft Şirkətinin nəzarəti altındadır. İran İslam Respublikasının bu layihəyə müraciət etməsi əslində gözlənilən idi. Bir çox ölkələr, hətta Türkmənistan belə bu layihə ilə bağlı müraciət edib. Amma burada iki təzadlı məqam var. Birincisi ondan ibarətdir ki, İran Türkiyə vasitəsilə öz qazını Avropaya çıxara bilər. Amma biz araşdırmalar apardığımız zaman görürük ki, İran Azərbaycanla münasibətlərini yüksəltmək istəyirsə ölkəmizə dəstəyini göstərməlidir. Beləliklə, bu layihədə özünün də payının olmasını sübut etməlidir".

Ekspert onu da qeyd edib ki, İran TANAP-a qoşularsa qaz ehtiyatının rentabelliliyi artacaq. Gəlirlər daha qısa zamanda əldə olunacaq, xərclər qısa zamanda ödəniləcək: "Layihədə səhm sahibi olan şirkət və ölkələr öz gəlirlərini daha tez qazanıb, xərclərini daha tez ödəyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə