Müslüm İbrahimov: “Elmi Tədqiqat İnstitutu strategiya hazırlayıb” AÇIQLAMA

Müslüm İbrahimov: “Elmi Tədqiqat İnstitutu strategiya hazırlayıb” AÇIQLAMA

"Elmi Tədqiqat İnstitutlarında yeni kənd təsərrüfat məhsullarının sortları ilə bağlı tədqiqatların aparılması üzrə maliyyələşmə aparılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslüm İbrahimov deyib.

Onun sözlərinə görə, ölkəmizdə kənd təsərüfatı sahəsində çalışan elmi işçilər maliyyələşməlidir ki, yeni sortların şəraitə uyğunlaşdırılması ilə bağlı işlər həyata keçirilsin: "Yeni sortların Azərbaycan şəraitinə uyğunlaşdırılması ilə bağlı işlər görülməlidir. Dövlət tərəfindən qoyulan məsələlərlə bağlı elmi tədqiqat işlərinin maliyyələşməsi nəzərdə tutulur. Yəni, konkret hansısa sahə üzrə, məsələn taxılçılıqla və ya pambıqçılıqla, çayçılıqla bağlı elmi tədqiqat işləri maliyyələşdirilməlidir. Bu sahənin inkişafı ilə bağlı Elmi Tədqiqat İnstitutu strategiya hazırlayıb. Dövlətin aqrar siyasət strategiyasına uyğun elmi tədqiqatların maliyyələşməsindən söhbət gedir. Dövlət o sahələri maliyyələşdirərsə, ölkənin ərzaq, kənd təsərrüfat məhsullarının təminatı və ixracında inkişaf nəzərə çarpacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə