Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" Azərbaycan Respublikasını Qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.
Komitənin sədr müavini Eldar Quliyev deyib ki, qanun layihəsinə birinci oxunuşdan sonra 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa çıxarılıb, 17 maddədə 50-yə yaxın əlavə və dəyişikliklər aparılıb.
İclasda çıxış edən komitə üzvləri bildiriblər ki, bu qanunun qəbulu çox vacibdir və ərzaq təhlükəsizliyinin təmin olunmasına da töhfə verəcək. Vurğulanıb ki, qanun aqrar və kənd təsərrüfatı sahələrində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasətin daha məhsuldar olması baxımından mühüm əhəmiyyətə malikdir.
Müzakirələrdə qeyd edilib ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və müzakirəyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB