Əli Əlirzayev: "Azad iqtisadi zonaların yaranmasında çətinliklər var” AÇIQLAMA
"Azad iqtisadi zonaların yaradılması prosesi hələ də uzanır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, azad iqtisadi zonaların yaradılmamasının gecikdirilməsində müəyyən çətinliklər var. Çünkü azad iqtisadi zonalar yaradılarkən rəqabət mühiti real olaraq həyata keçirilməlidir: "Azad iqtisadi zonaların yaradılması dövlət büdcəsinə əsasən həyata keçirilir. Çünkü burada maraqlar müxtəlifdir. Azad iqtisadi zona olanda vergi verilir, sahibkarlıq davam etdirilir. Kim nə əldə edirsə bazar iqtisadiyyatına uyğun olaraq rəqabət aparmalıdır. Azad iqtisadi zonaların yaranma prosesinin uzanma səbəbi ondan ibarətdir ki, iqtisadi cəhətdən və təşkilati cəhətdən müəyyən mənada çətinliklər ola bilər. Ona görədə azad iqtisadi zonaların yaradılması məsələsi uzanır".
Ekspertin sözlərinə görə, azad iqtisadi zonaların yaradılması bir çox ölkədə müsbət nəticələr verib. Ölkələr də hərtərəfli inkişaf edib. Azad iqtisadi zonanın hansı qurum tərəfindən təşkil ediləcəyi hələ bəlli deyil: "Azad iqtisadi zonalar bütün ölkələrdə müsbət nəticələr verir. Əmtəə, mal xidməti təklifi çoxalır, qiymətlər aşağı düşür, dövlət investisiyaları artır. Yəni bununla bağlı dövlət büdcəsinə gələn gəlirlər artır, yeni iş yerləri açılır, azad iqtisadi zonanın yaradılması investisiyaların artmasına səbəb olur, xarici ölkələrdən gələnlərin sayı artır. Ona görə də bu cür şəraitdəki gəlirlərin onun vəziyyəti ilə əlaqədar dəqiqləşdirmək çətindir. Amma eyni zamanda tək bizim üçün yox, başqa ölkələr üçün də müsbət nəticəsi var. Onu da təşkil etmək lazımdır. Kimin təşkil edəcəyi isə hələ bəlli deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB