Vüqar Bayramov: “Kəskin ucuzlaşma praqnozlaşdırılmır” AÇIQLAMA

Vüqar Bayramov: “Kəskin ucuzlaşma praqnozlaşdırılmır” AÇIQLAMA

"Dünya bazarında qızılın aşağı düşməsi qızıla olan təlabatın az olması ilə bağlıdır." Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qızılın dünya bazarında unsiyasının düşməsi 2012-ci ildən sonra daha da sürət götürüb. Bunun səbəbi isə insanların qızıla deyil, valyutaya yatırım etməsindən irəli gəlir: "2012-ci ildən sonra qızılın qiymətində azalma müşahidə edilir və dünya bazarında 1 unsiya qızılın qiyməti 1200 dollardan aşağıdır. Hal - hazırda ağ qızılın unsiyası 1195 dollara təklif olunur və qızılın qramı isə 38 dollardır. Son bir ildə qızılın qiyməti 8 faiz aşağı düşüb, 6 aylıq yekunlar da mənfidir və 6 ayda qızılın qiymətində 1 faiz azalma müşahidə edilir. O baxımdan 2012-ci ildən sonra qızılın qiymətində azalmalar davam etməkdədir. 2011-ci ildə tranzit olaraq dünya bazarında qızılın qiyməti ən yüksək həddə çatıb. Həmin il qızılın qramının qiyməti artaraq 59 dollara qədər yüksəlmişdir. Qızıla olan tələbat son illərdə, xüsusən də 2013-2014-cü illərdə müşahidə olundu. 2015- ci ildən də bu proses davam etməkdədir. Qızıla olan təlabatın az olması qızıla deyil, valyutaya üstünlüyün verilməsi ilə bağlıdır. Valyutaya üstünlük verildiyi üçün qızılda azalmalar müşahidə edildi. Bir sıra ölkələr, o cümlədən Rusiya qızılın bir hissəsini bazara çıxardılar ki, bu da qızılın təklifini artırdı".

Ekspert onu da vurğuladı ki, qızılın qiymətinin aşağı düşməsi ilə neftin qiymətinin arasında birbaşa əlaqə yoxdur. 2015-ci ildə qızılın dünya bazarındakı qiymətində kəskin azalma müşahidə olmayacaq. Lakin müəyyən hərəkətlər müşahidə olunacaq: "Qızılın qiymətinin aşağı düşməsi ilə dolların möhkəmlənməsi arasında əlaqə var. Çünkü dollar möhkəmləndiyi üçün investorlar güman edir ki, qızılın qiyməti təxminən 38-40 dollar hər qram üçün intervalda dəyişəcək. Sözsüz ki, 2015-ci ildə qızılın qiymətinin kəskin ucuzlaşacağı praqnozlaşdırılmır. Güman olunur ki, son olaraq qızılın qiymətində növbəti dövrlərdə də sadə yumşaq azalmaların olacağı praqnozlaşdırılır. Lakin 2015-ci ildə kəskin ucuzlaşma praqnozlaşdırılmır. Bütövlükdə güman olunur ki, növbəti aylarda qızılın qiyməti hər ay üçün 38 dollar ətrafında dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə