İlham Şaban: “Qazprom” Almaniyadan çıxır” AÇIQLAMA

İlham Şaban: “Qazprom” Almaniyadan çıxır” AÇIQLAMA

"Qazprom" şirkətinin Almaniyadakı səhmlərinin bir hissəsini satışa çıxarması, enerji paketinin tələblərindən doğan müddəalardan irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, "Qazprom" artıq Şimal Axını layihəsi ilə Almaniyaya qaz nəql edir və bundan sonra ölkə daxilində paylaşdırıcı işindən uzaqlaşmaq istəyir. "Qazprom" hələ satış müqaviləsi bağlamadığı üçün xərclər barədə məlumat verilmir: "Bu da onunla əlaqəlidir ki, "Qazprom" artıq neft hasil etməklə, neftin satışı ilə məşğul ola bilməz. Bu ildən artıq "Qazprom" orda qazın tədarükü ilə məşğul olan paylayıcı hissələrini satışa çıxardır. "Qazprom" Almaniyada müştərək paya malik idi və Almaniyanın ərazisində qazın satışını həyata keçirirdi. Hazırda isə üçüncü enerji paketinə görə, "Qazprom" artıq birbaşa Almaniyaya Şimal Axını layihəsi ilə qazı nəql edir. Almaniyanın ərazisində "Qazprom" artıq eyni zamanda qazın satışını həyata keçirə bilməz. Şimal Axınından qazı birbaşa artırmaqla Almaniyanın daxilində paylayıcı işindən çəkilməyə başlayır. Satış məsələsi bağlanmadığı üçün xərclər hələ bəlli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə