“Azərmarka” Türkiyə ilə bağlı poçt markası buraxıb FOTO

“Azərmarka” Türkiyə ilə bağlı poçt markası buraxıb FOTO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti təqdim etdiyi poçt markalarının sırasına yenisini əlavə edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şirkət Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 30 illiyinə həsr edilmiş poçt markasını dövriyyəyə buraxıb.

Markanın nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, Türkiyədə 1985-ci ildə müstəqil bir qeyri-hökumət təşkilatları olaraq qurulan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi, həllini gözləyən və gələcəkdə problem ola biləcək mövzuları müəyyənləşdirərək seminar, konfrans və görüşlər təşkil edir, hesabat və analizlər hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə