"Qəzalar haqqında konkret rəqəmlə bağlı odu deyə bilərəm ki, keçən ilin birinci rübünə nisbətən bu ilin birinci rübündə ümumiyyətlə istehsalatda qəzaların sayı yarıbayarı azalıb". SİA-nın məlumatına görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisinin müavini Məhhərrəm Məhərov bu gün Sabunçu rayonu Balaxanı qəsəbəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin asfalt zavodunda keçirilən reyd zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, istehsalatda bədbəxt hadisələrin sayı digr illərlə müqayisədə 50 faiz azalma müşahidə edilib. Lakin burada önə çıxan məsələlərdən biri işçilərin də təhlükəsizlik qaydalarına diqqət yetirməsidir: "İstehsalatda bədbəxt hadisələrdə 50 faiz azalma müşahidə edilir. Həmçinin də ölənlərin və xəsarət alanların sayı xeyli dərəcədə azalıb. İstehsalatda baş verəcək bədbəxt hadisələrin qarşısının alınması üçün marifləndirici tədbirlər görülür. İşəgötürənlərin diqqəti əməyin mühafizəsi sahəsində olan işlərin yerinə yetirilməsinə cəlb edilir. Çünkü burada həm müdiriyyətin müəyyən vəzifələri var, həm də işçilərin. Əgər müdiriyyət işçilərə təhlükəsizliklə bağlı geyim verirsə, işçi həmin geyimlərdən istifadə etməlidir ki, gələcəkdə bədbəxt hadisə baş verərsə bundan qoruna bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB