Aydın Hüseynov: “Manatın devalvasiyası istisnadır” AÇIQLAMA

Aydın Hüseynov: “Manatın devalvasiyası istisnadır” AÇIQLAMA

"Birinci növbədə onu qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatında bütün atılan addımlar, prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının bütün mənada sosial rifah halının yüksəlməsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda manat devalvasiya etdiyi zaman vətəndaşların bunun qəflətən olduğunu ifadə edirdi. Lakin cənab Prezident yanvar ayında çıxışı zamanı açıq şəkildə bildirmişdi. Azərbaycan manatı dünya valyutaları sırasında yerini tutduğu üçün dünya iqtisadiyyatında baş verən hadisələr bizə də təsir etməlidir: "Hansı addımlar atılırsa, hansı işlər həyata keçirilirsə, başlıca məqsəd və hədəf budur. Eyni zamanda cənab Prezidentimizin apardığı siyasət açıq siyasətdir. Əgər xatırlayırsınızsa, 2014-cü ilin sosial - iqtisadi yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında cənab Prezidentimiz manatın dəyəri ilə bağlı, onun dünyanın digər valyutaları ilə müqayisəsində fikirlərini açıq şəkildə bildirmişdi. Bu çıxış onu göstərdi ki, cənab Prezidentimiz vətəndaşlarla çox səmimidir, apardığı iqtisadi siyasət açıq siyasətdir. Çoxu bu cür düşünür ki, manatın birinci dəfə devalvasiyası qəflətən baş verdi. Amma mən bunu demək istəyirəm ki, bu belə olmadı. Dediyim kimi, cənab Prezidentimiz hələ yanvar ayının əvvəlində çıxışı zamanı səmimi danışmışdı. Demişdi ki, bu gün dünya bazarında neftin qiymətinin aşağı düşməsi, ümumiyyətlə dünyada baş verən bir çox proseslər, iqtisadiyyatımız dünya iqtisadiyyatının tərkib hissəsi olduğu üçün dünyada baş verən proseslər bizə təsir etməlidir. Əlavə olaraq dünya bazarındakı real dəyərlər öz dəyəri ilə daha da bərabərləşdi".

Aydın Hüseynov onu da vurğuladı ki, biz valyuta məsələsində hər şeyi düzgün qiymətləndirməliyik. Real iqtisadi strategiyamızı davam etdirməliyik. Buna görə də, manatın yenidən devalvasiyası istisna edilmir: "İndi isə bizə valyuta gətirəcək mənbələr dünya bazarında hansı qiymətə olacaqsa, bizim marağımızda həmin öz dəyərində olacaq. Burda gözlənilməyən, qeyri-adi hadisə baş verən proses yoxdur. Deməli bizə valyuta gətirən mənbələrimiz, əmtəələrimiz məhsullarımızın dünya bazarındakı qiymətinə uyğun olaraq da bizim güvənimizin, marağımızın dəyəri olacaq. Əslində biz hər şeyi düzgün qiymətləndirməliyik və bütün iqtisadiyyatımızı, bütün addımlarımızı real şəkildə həyata keçirməliyik. Real qiymət nə olacaqsa biz də öz iqtisadi siyasətimizi və strategiyamızı həyata keçirəcəyik. Fikrim ondan ibarətdir ki, artıq dünya bazarında dünyada baş verən proseslər bu şəkildə olacaqsa biz də dünyada baş verən o iqtisadi proseslərin bir tərkib hissəsi olaraq, ona da uyğun olaraq bizim manatımız tənzimlənəcək. Ancaq hansısa panikaya düşmək lazım deyil, bizim iqtisadiyyatımızın qarantisi var, manatımızın hansı bir şəkildə qəflətən düşməyi , devalvasiyanın baş verəcəyi istisnadır".

Bütün xəbərlər Facebook səhifəmizdə